Beş yaşlı uşaq hovuzda boğuldu

Şirvanda azyaşlı hovuzda boğulub.
AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Şirvan sakini, 2017-ci il təvəllüdlü Allahveridyev Ruslan Samir oğlu valideyn nəzarətindən yayınaraq hovuza düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.