Qəzada ölən şəxs federasiyanın sabiq baş katibi olub - VİDEO


Avqustun 1-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də avtomobil qəzasında dünyasını dəyişmiş Anna Qladçenkonun kimliyi müəyyənləşib.



AFN “report”a istinadfən xəbər verir ki, A.Qladçenko əvvəllər Azərbaycan Velosiped Federasiyasının baş katibi və Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru olub.

O, son olaraq Azərbaycan Velosiped Federasiyasının Hakimlər Kollegiyasının sədri işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.

Qəza baş verərkən sükan arxasında olan onun əri Vitali Qladçenko da idman aləminə tanış simadır. O əvvəllər velosiped idmanı üzrə milli komandanın baş məşqçisi işləyib. Hazırda ROEİUGVİM-in məşqçi-müəllimidir.

Qeyd edək ki, Vitali Qladçenko “Hyundai Santa Fe” markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəticədə maşın yolun sağına çıxaraq aşıb və avtomobildə olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb, 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova xəsarət alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. N.Sultanova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu