Rusiyanın qərargahı vuruldu - Yaralılar var


Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.


Bununla bağlı Sevastopol qubernatoru Mixail Razvojayev teleqram kanalında bildirib: “Rusiyanın Qara dəniz donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən hücum edilib, beş nəfər yaralanıb”.

Qubernator qeyd edib ki, şəhərdə Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən bütün bayram tədbirləri təhlükəsizlik məqsədilə ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu