"Neftçi" - "Aris" oyunundan sonra insident baş verib
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra insident baş verib.
Qonaqların bəzi oyunçuları görüş bitən kimi "ağ-qaralar"ın futbolçularına hücum edib.
Onları çətinliklə sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Azərbaycan təmsilçsii rəqibini 3:0 hesabı ilə üstələyib. "Neftçi" Kiprdəki ilk görüşdə 0:2 hesabı ilə uduzmuşdu.