Bakıda maşın "ölüxana"sı ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB


Sosial şəbəkələrdə yayılan video görüntülər DİN-ə aid olan ərazidə çəkilməyib.



Bu sözləri AFN-ə DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib:

"Məlumat üçün bildirirəm ki, Daxili İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələrinin istismar müddəti başa çatdıqdan sonra aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir.

Xidmətin nümayəndələri həmin avtomobillərə baxış keçirdikdən sonra avtomobillərin utilizasiyasına və ya hərraca çıxarılması ilə bağlı qərar qəbul edilir. Hərraca çıxarılması nəzərdə tutulan avtomobillər isə sənədləşdirilərək həmin quruma təhvil verilir. Artıq bundan sonra avtomobillərin hərraca çıxarılması prosesi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Bu görüntülərdəki avtomobillər də hərrac məqsədi ilə aidiyyəti dövlət qurumuna təhvil verilən avtomobillərdir".

***11:59

Yol Patrul Xidmətinin istifadə etdiyi onlarla maşının saxlanıldığı yerlə bağlı görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə onlarla "Hyundai ix35" və digər markalı avtomobillərin saxlanıldığı ərazi öz əksini tapıb.

Ərazinin Bakıda olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu