Beş güləşçimiz dünya çempionatında mübarizəyə başlayır


İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.


Yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq.

Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) - Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək.

Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.

Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) - Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək.

Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu