Klublarımızın Konfras Liqasında potensial rəqibləri açıqlandı
Gələn həftə Konfrans Liqasında mübarizəyə başlayacaq “Neftçi”, “Zirə” və “Qəbələ”nin üçüncü mərhələdəki potensial rəqibləri bəlli olub.
AFN.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.
“Neftçi” ikinci mərhələdə “Aris”i (Kipr) keçəcəyi halda növbəti raundda aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:
“Tvente” (Niderland)
“Mölde” (Norveç) - “Elfsborq” (İsveç) cütünün qalibi
“Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Levski” (Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi
İkinci mərhələdə yarışacaq “Zirə” isə “Makkabi” (Tel-Əviv, İsrail) səddini adlayacağı halda aşağıda adları qeyd olunan komandalardan biri ilə üz-üzə gələcək:
“Rujomberok” (Slovakiya) - “Riqa” (Latviya) cütünün qalibi
“Kızıl Jar” (Qazaxıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Vikinqur” (Farer adaları) - DAK 1904 (Slovakiya) cütünün qalibi
“Qzira Yunayted” (Malta) - “Radniçki” (Serbiya) cütünün qalibi
“Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi
KL-dəki üçüncü təmsilçimiz “Qəbələ” isə Macarıstan “Fehervar”ından üstün olsa, növbəti raundda bu komandalardan biri ilə qarşılaşacaq:
“Panatinaikos” (Yunanıstan)
“Sepsi” (Rumıniya) - “Olimpiya” (Sloveniya) cütünün qalibi
“Vlajnaya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi
“Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi
Üçüncü mərhələnin püşkatma mərasimi iyulun 18-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Həmin günü Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”ın da üçüncü mərhələdəki potensial rəqibi müəyyənləşəcək.