BMT baş katibi Rusiyanın Vinnitsa şəhərinə raket hücumunu pisləyib


“BMT baş katibi Antonio Quterreş Rusiyanın mülki şəxslərə və infrastruktura qarşı hücumunu pisləyir, bu cür pozuntulara görə cavabdehliyə çağırışını təkrarlayır”.


Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat yayıb.

Sözcü əlavə edib ki, baş katib bu gün Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində üçü uşaq olmaqla azı 22 nəfərin ölümünə və 100-dən çox insanın yaralanmasına səbəb olmasından dəhşətə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu