Ön çarpaz bağ yaralanmaları - FOTOLAR


Ön çarpaz bağın dizin stabilliyinin qorunmasında mühüm rolu var. Ön çarpaz bağı qopan xəstə müalicə olunmazsa, dizdə stabilliyin pozulması menisk patologiyası və oynaq qığırdağı zədələnməsi meydana çıxır.


Ön çarpaz bağ yaralanması sonrası aktiv xəstələrə onları hərəkətli yaşama döndərəcək normal diz kinematikasını və stabilliyini yenidən bərpa etmək məqsədilə cərrahi bağ rekonstruksiyası məsləhət görülür.

Cərrahi əməliyyata göstəriş olan ideal xəstə qrupu gənc (40 yaşdan aşağı) və ya aktiv həyat tərzi keçirənlərdir.

Ön çarpaz bağ yaralanması olan xəstələrdə ilk olaraq düzgün fiziki müayinədən sonra oynaq aralığının keyfiyyətini və sümük düzümünü dəyərləndirmək üçün rentgen müayinəsi olunmalıdır. MRT ön çarpaz bağ yaralanmalarında xəstənin aldığı travma hekayəsi və müayinə sonrasında detallı müayinə üçün tövsiyə olunur.

Cərrahi əməliyyat müasir artroskopik üsulla qapalı şəkildə icra olunur. Bağın bərpası üçün xəstənin müxtəlif metodlar və greft olaraq autogreft (hamstring vətəri sümük - patellar bağ-sümük grefti və budun dördbaşlı əzələsinin vətəri) istifadə olunur.

Əməliyyatdan sonra xəstənin dizinə dərəcəli ortez taxılır və dizin tam açıq vəziyyətdə yüklənməsinə icazə verilir. İdman hərəkətləri zamanı ortez çıxarılır. Xəstənin təkrarən idmana başlamasına 4-6 ay arasında yavaş-yavaş icazə verilir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu