Qənirə Paşayeva Tovuzda bir qrup qazi və müharibə iştirakçısı ilə görüşüb - FOTOLAR


Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda bir qrup qazi, müharibə iştirakçısı ilə görüşüb, qayğılarını dinləyib.


Görüş iştirakçılarının qayğılarını 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva, onları maraqlandıran suallara cavab verib, ürək sözlərini bölüşüb:

"İki il, üç öncənin bu günləri ilə müqayisə etsək, əlbəttə, indi bir başqa ovqatda, ruhda və fərəhfəyik. Bayramlarımızı bayram dadında keçirə bilirik. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizdir, dövlət-xalq birliyimizdir. Biz əziz şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, ruhlarına ehtiramımızı bildiririk.

Əziz qazilər, dəyərli müharibə iştirakçıları, sizlərin sıralarında qulluq keçmiş olduğunuz Ordumuz əcdadımızın uğurlu hərbi ənənələrini davam və inkişaf etdirərək, çağdaş dövrümüzdə dünyanın güclü orduları sırasında özünəməxsus hörmətli mövqeyə çıxmışdır.

Rəşadətli Ordumuz 44 günlük müharibədə düşmənin silahlı qüvvələrinə tarixi dərs keçərə, onun başını əzib. Sizlərin hesabına işğalçılar üzərində tarixi Zəfərə imza atmışıq. Sizlərin fədakarlığınız, igidliyiniz hesabına, əziz şəhidlərimizin canı bahasına xalqımız, Dünya Azərbaycanlıları, bütün Türk dünyası qürur yaşadı, sevincimizi aləmə yaydı. Sevinc bölüşdükcə çıxalır, dərd bölüşdükcə azalır deyiblər. 30 illik dərdimizi 44 gün içində Zəfərə, fərəhə, sevincə döndərən Orduya eşq olsun!

Ləyaqətli Zəfərimizə dünya şahid oldu. Bəli, Dövlət himnimizdə deyildiyi kimi,

“Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu”!

Bizim tarixi Zəfərimiz ədalətin bərpası, haqqın təntənəsi oldu!

Rəşadətli Ordumuzun qeyri-adi qəhrəmanlıq nümunləri tariximizin qızıl səhifələrini təşkil edir.

Təsadüfi deyil ki, aparıcı Qərb mətbu orqanlarında, habelə təhsil ocaqları və təhlil nəşrlərində Ordumuzun hərbi taktikası öyrənilməyə, təhlil edilməyə başlayıb.

Əziz qazilər, müharibə iştirakçıları! Sizləri bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!

Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən Tovuz rayon Gənclər İdman idarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Gənclər Evinin direktorunun soyadı Rauf Rüstəmov, “UMAY – Türk dünyası Qadınlarına dəstək” İB-nin sədri Vəsilə Abulova, rejissor Elnurə Kazımova, ictimai fəal xanımlar Rəna Əmirəliyeva, Nilufər Lətif hərbçilərimizə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. İştirakçıların hər biri əsgərlərimizi Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik edib, “dövlətimiz və xalqımız hər zaman yanınızdadır” deyiblər.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu