Azərbaycanda “Binaların istilik mühafizəsi. Layihələndirmə normaları” təsdiq edilib

Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin kollegiyası “Binaların istilik mühafizəsi. Layihələndirmə normaları”nın təsdiq edib.
AFN.az xəbər verir ki, bu barədə adıçəkilən qurum məlumat yayıb.
Məlumata görə, normalar 50 m2-dən çox olan yaşayış, ictimai, istehsalat, kənd təsərrüfatı, anbar binalarının və qurğuların istilik mühafizəsinə şamil edilir.