Daha bir nənə xəstə nəvəsini diləndirir: rəsmi açıqlama


Sosial şəbəkələrdə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.


Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Hadisə Bərdədə baş verib. K.Ağazadə bildirib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:
“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, bundan əvvəl də əslən Ağdam rayonundan olan nənə nəvəsinin ağacdan yıxılaraq xəsarət almasını, əməliyyat üçün pul lazım olduğunu deyərək xeyriyyəçi insanlardan pul istəmişdi. Daha sonra isə nəvəsinin öldüyünü bildirən qadınla bağlı araşdırma aparıldıqda məlum oldu ki, nəvəsi sağdır və ailə azyaşlı uşaqları diləndirməyi, onların adından istifadə edib pul qazanmağı məşğuliyyətə çevirib. Həmin hadisə haqda BURDAN məlumat ala bilərsiniz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu