Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb


"Hazırda 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır".


Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, onlardan 5704-i (69,6 %) kişi, 2498-i (30,4%) qadındır: "Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu