Əli Əliyevin vəsatəti təmin edilməyib, məhkəmə şikayəti icraata götürüb


Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.


AFN.az "Report"a istinadən xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında həm Əli Əliyev, həm də xüsusi ittihamçı Ramiz Göyüşov iştirak edib.

Ramiz Göyüşov təqsirləndirilən şəxsin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini, buna görə də məsuliyyətə cəlb olunmasını istəyib.

Təqsirləndirilən şəxs şikayətin əsassız olduğunu deyib: "Video yayılanda qızından, gəlinindən heç utanmadın? Səni hamı gördü".

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək iddia ərizəsinə xitam verilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib. Əli Əliyev barəsində xüsusi ittiham qaydasında qaldırılmış şikayət icraata götürülüb.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu