Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:45-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Qeyd edilib ki, zəlzələnin maqnitudası 3.7, dərinliyi isə 59 kilometr olub.