“Onların səfəri sülhməramlılarla razılaşdırılmayıb”
“Ermənistandan olan deputatların Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb”.
“Sputnik Ermənistan” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli bəyanatının müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Sözügedən səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb”, - deyə Zaxarova söyləyib.
Xatırladaq ki, aprelin 12-si Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.