Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub - FOTO

Son beş ildə Azərbaycanda yeni doğulan altı uşağa Nikol adı qoyulub.
Modern.az Ədliyyə Nazirliyinin saytındakı məlumata əsasən xəbər verir ki, Nikol adı verilən körpələrin ikisi 2018-ci ildə, ikisi 2019-cu ildə, ikisi isə 2020-ci ildə doğulub.
Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, son beş ildə Azərbaycanda yeddi uşağa Nikoloz, üç uşağa Nikolay, bir uşağa isə Nikolas adı verilib.