Ukrayna ordusu bir sıra istiqamətdə əks-hücuma keçib


Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.


Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O, ölkədəki son durumu açıqlayıb.

“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu