Qubad İbadoğlu: "Rusiya iqtisadiyyatı defolta gedir"


Müharibədən öncə maliyyə savaşı Rusiya iqtisadiyyatını çökdürür.


AFN.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Ekspert qeyd edib ki,Standard and Poor's (S&P) beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini BB-dən CCC-yə endirib, D-ə (defolta) bir neçə addım qalıb:

"Fitch Ratings xarici valyutada artıq defolta endirib. Moody's Investors Service hökümətin dövlət borclarını ödəməqabliyyətini itirdiyini bildirib. Yandex, VTB də səhmdarlarını defolt riski barəsində xəbərdarlıq edib. Dövlət Neft Fonduna vaxtında nə qədər çağırış etsəm də VTB-dəki pullarını, rublla olan aktivlərini geri çəkmədi və ARDNF ən azı yarım milyard dollar itirdi.
Hermes, Swarovski, Panasonic də Ukraynadakı hadisələrdən narahatlığını ifadə edib, Rusiyada fəaliyyətini dayandırdı. BP, Shell və Exxon da Rusiya enerji bazarını bəyanatla tərk edib. S7 avia şirkəti sabahdan bütün istiqamətlər üzrə beynəlxalq reyslərini təxirə saldı.

Deutsche Welle, "Meduzi", "BBC" и "Azadlıq radiosu"nun Rusiyada fəaliyyəti tam və ya qismən dayandırılıb. Exo Moskva və Dojd-da tamamilə dayandı.
Dövlət Duması "Rusiya ordusu haqqında fake (saxta) məlumatlar yaymağa" görə 10 il, bu ağır nəticələrə gətirib çıxararsa 15 ilə qədər həbs cəzası ilə bağlı düzəlişləri qəbul etdi, 401 nəfər bu düzəlişin leyinə səs verib.

Sovet İttifaqına xoş gəlmisiniz!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu