“Dərhal Ukrayna üzərində səmanı bağlamaq lazımdır”
Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarını Rusiyaya qarşı sanksiyaları dərhal gücləndirməyə çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.
“Nüvə terrorçusu olan ölkəyə qarşı sanksiyaları dərhal gücləndirmək lazımdır. Dərhal Ukrayna üzərində səmanı bağlamaq lazımdır”, - deyə Zelenski söyləyib.