Zelenski niyə Putinə danışıqlar təklif etdi? - Hakim partiya açıqlama verdi
Hakim "Xalqın xidmətçisi" partiyası Zelenskinin niyə Putinə danışıqlar təklif etdiyini izah edib.
AFN.az xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” partiyasının sədri Yelena Şulyak Telegram-da məlumat yayıb.
Şulyak bildirib ki, bu gün Qərbdən Rusiyanı dayanmağa məcbur edə biləcək addımlar görmürlər: səmanı bağlayın, Rusiyanı SWIFT-dən ayırın, Rusiyaya qarşı neft embarqosu tətbiq edin və Rusiya ixracını dayandırın:
"Amma Qərb bunu etmir. Bəli, onlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Amma bu, kifayət deyil. Biz öz ölkəmizi tək müdafiə edirik. Ukrayna Silahlı Qüvvələri çox yaxşı işləyir. "Rusiyanın işğalın ilk günlərindəki planı açıq-aşkar iflasa uğradı. Bu səbəbdən onlar mülki infrastruktura və mülki insanlara qarşı belə qəddar davranırlar. Biz Rusiyanı buna görə bağışlamayacağıq. Amma hamıya aydındır ki, müharibəni dərhal dayandırmaq lazımdır. Ona görə də prezident başqa məsələlərlə yanaşı, danışıqları da təklif edir".
Qeyd edək ki, fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb. O, rus dilində danışaraq deyib: "Mən bir daha Rusiya Federasiyasının prezidentinə müraciət etmək istəyirəm. Ukraynanın hər yerində döyüşlər gedir. Gəlin danışıqlar masası arxasına oturaq. İnsanların ölümünü dayandırmaq üçün".
Rusiya mediası Putinin Ukrayna ilə danışıqlara hazır olduğunu təsdiqləyib. Daha sonra Peskov Putinin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazır olduğunu bildirib.