Ukrayna səfiri: "Ölən dinc sakinlər arasında uşaqlar da var"


"Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ikinci günüdür. Bu müddət ərzində 57 dinc sakin, o cümlədən 2 uşaq həlak olub".


AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu paytaxt Kiyev və başqa dinc şəhərləri atəşə tutur. Ötən gecə paytaxta raket hücumu nəticəsində yaşayış binasında yanğın olub, yaralılar var.

Diplomat bu cür raket hücumlarını 44 günlük Vətən müharibəsi dövründə Gəncədə baş verənlərlə müqayisə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu