AZAL Naxçıvana uçuşlar üçün Ermənistana pul ödədi
![](/uploads/posts/2022-02/1645024709_azal.jpg)
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistana aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro ödəyib.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, oktyabrın 6-dan Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Məlumatda bildirilir ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabr 2021-ci il tarixinədək “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət mərkəzi ofis vasitəsilə EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 31 901,77 avro ödəyib.