BDU-ya yeni mətbuat katibi təyin olunub

Bakı Dövlət Universitetinə (BDU) yeni mətbuat katibi təyin olunub.
Bu vəzifəyə tanınmış jurnalist Kəmalə Namazova təyinat alıb.
O, "Report"a açıqlamasında yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, K.Namazova əvvəllər bir sıra mətbuat orqanlarında fəaliyyət göstərib.