Şarl Mişel Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini geri qaytarmasını alqışlayıb.


“Report” xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

“Səkkiz erməni hərbçinin Ermənistana təhvil verilməsi Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra meydana gələn müsbət dəyişiklərə daha bir işarədir. Avropa İttifaqı regionda sabitliyi və inkişafı dəstəkləyir”, - Şarl Mişel bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu