Xocavənddə avtobus qəzası: 21 nəfər xəsarət alıb, 16-sı Bakıya təxliyə edilib


Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya düşüb.


AFN xəbər verir ki, qəza nəticəsində xəsarət alanların sayı açıqlanıb. Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Səhiyyə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. "İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qəzanın axşam saatlarında Xocavənd rayonu ərazisində baş verdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu