Prezident gələcək deyə ağac əkdilər, sonra da çıxartdılar - Gəncədə rəzalət!


Gəncə şəhərində bir neçə gün öncə yol kənarında əkilən həmişəyaşıl ağacların çıxarılması ilə bağlı görüntülər yayılıb.


AFN.az-ın xəbərinə görə, görüntülərdə bildirilir ki, həmin ağaclar Prezident İlham Əliyevin yanvarın 30-da Gəncəyə etdiyi səfərlə bağlı öncədən əkilib, daha sonra isə çıxarılıb.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov bildirib ki, ağacların əkilməsi və indi çıxarılması səfərlə bağlı deyil: “Həmin ağaclar bir neçə gün əvvəl əkilib. Sonra mütəxəssislər baxış keçirdilər və qərar verdilər ki, burada ağaclar əmələ gəlməyəcək. Orada torpaq səthinin altının daşlıq olduğu məlum oldu. Əvvəl hesab edirdilər ki, bəlkə tutar. Amma üstü torpaq olsa da, alt hissə daş olduğuna görə ağacların quruya biləcəyinə qərar verildi.

Buna görə mütəxəssislərin nəzarəti altında ağaclar başqa əraziyə köçürülüb. Hazırda ağacların yerində qazon döşənir və gül-çiçək əkiləcək. Axşama kimi həmin işlər yekunlaşacaq.

Bu məsələnin cənab Prezidentin səfəri ilə heç bir əlaqəsi yoxdur. Sadəcə səfər ərəfəsinə təsadüf edib. Bu işlər şəhərdə bir neçə aydır onsuzda aparılırdı”.








https://fb.watch/aXlu16z5E3/


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu