Qoruğun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AFN.az-a bildirib ki, araşdırma zamanı qanun pozucularının Goranboy rayon sakini Duman Əliyev və Göygöl rayon sakini Asif Nəbiyev olduğu müəyyən edilib: “Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.