Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb


2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunda təlim-tədris prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu