Kürdəmirdə evdən oğurluq edən falçı qadın saxlanıldı


Kürdəmir rayonunda insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.


AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O, qeyd edib ki, Kürdəmir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ilə ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.

Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu