Ərdoğan Rusiyaya mümkün səfəri haqda danışıb


"Ola bilsin, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız oldu və Moskvaya səfər etdim".


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümə namazından sonra jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Bütün sahələrdə Rusiya-Türkiyə əlaqələri davam edir. Ukrayna ilə də əlaqələrimiz çox yaxşıdır. Bu müsbət əlaqələri qorumaq lazımdır. Biz Rusiya ilə Ukrayna arasında mövcud vəziyyəti qəbul edə bilmirik. Biz Rusiya ilə Ukrayna arasında sülhün yaranmasına vasitəçi ola bilərik. Bu istiqamətdə üzərimizə düşəni edə bilərik. Önümüzdəki günlərdə Ukraynaya səfərim var. Bundan sonra ola bilsin, Moskvaya səfər edim. Biz bölgədə sülhün hakim olmasını istəyirik", - R.T.Ərdoğan deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu