Bakı-Tiflis qatarının hərəkəti bərpa oluna bilər


Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.


Bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Forbes” jurnalına müsahibəsində bildirib.

O deyib ki, Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu