Nəriman Əliyevin ağac kəsdirməsi ilə bağlı materiallar prokurorluğa göndərildi


Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi müraciəti əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ərazidə 21 şam ağacının kəsildiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, bu gün mediada Nəriman Əliyevin 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşların maaşları verməməsi ilə bağlı rəhbəri olduğu "Ştutqart" MMC-nin keçmiş əməkdaşının müraciəti yayımlanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu