Avropada təbii qaz xeyli ucuzlaşıb
Avropada yeni ilin ilk hərracında təbii qazın qiyməti xeyli azalaraq 800 ABŞ dollarından aşağı düşüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı “İCE Futures” birjasında keçirilən hərracda qazın fevral fyüçersləri hər 1 000 kubmetr üçün əvvəlcə 817 dollardan satılsa da, sonradan daha 6% ucuzlaşaraq 772 dollardan satılıb.
Sonuncu dəfə "köhnə qitə"də "mavi yanacaq" bu qiymətə noyabrın 10-da olub.