Almaniyada "omikron" ştamından ilk ölüm qeydə alınıb


Almaniyada koronavirusun "omikron" ştamı ilə yoluxmuş xəstənin ölümü qeydə alınıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Kox Virusologiya İnstitutu bildirib.

Xəstədə infeksiya genom ardıcıllığı ilə aşkar edilib. Təfərrüatlar hələ dəqiqləşdirilməyib.

Robert Kox Virusologiya İnstitutu "omikron" ştamı ilə 810 yeni yoluxmanın aşkarlandığını bildirib. Almaniyada bu variantla təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 3 198-ə yüksəlib.

"Omikron" ştamının sürətlə yayılması ilə əlaqədar Almaniya kansleri Olaf Şolz ölkədə pandemiyanın beşinci dalğasının başlayacağı barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu