“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib


“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib.


“Report”un xəbərinə görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bunu media özü bilər. İstər savadlı olub pul qazana, istərsə də savadsız olub gözdən düşə bilər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə (Media savadlılığı) qanun layihəsindən çıxarılmalıdır”.

AFN həmin maddəni təqdim edir:

Maddə 10. Media savadlılığı

10.1. Media savadlılığının artırılması məqsədilə dövlət tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

10.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) media savadlılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.

10.3. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu