“Qarabağ” futbol klubuna 5 milyon manat maliyyə dəstəyi ayrılıb


Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamla UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu