İndiyədək 26 nəfər minaya düşərək həlak olub -
10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində ölən və yaralanan şəxslərin sayı açıqlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, indiyə kimi 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.
109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.