Sabah rayonlarda yağış, qar yağacaq


Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-17° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu