Qarabağ Dirçəliş Fondunun gələcək strategiyası hazırlanır
"Hazırda Qarabağ Dirçəliş Fondunun gələcək strategiyasının hazırlanması üzərində iş gedir".
Bunu Fondun İdarə heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.
Fond sədrinin sözlərinə görə, strategiya yaxın günlərdə Müşahidə Şurasının müzakirəsinə çıxarılacaq.
O bildirib ki, Qarabağa böyük qayıdış dayanıqlı olmalıdır: "Azərbaycanın gələcəyi dayanıqlı gələcəkdir. Böyük qayıdış dayanıqlı məskunlaşmadan, iqtisadi reinteqrasiyadan asılıdır. Bütün bu prinsiplərin əsasında dayanıqlılıq durur. Dayanıqlılıq da birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə əlaqəlidir".