Narkotik satan daha 27 nəfər tutuldu
Sabunçu rayonunun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.
AFN xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.
Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.