DSX-nın mətbuat xidməti Elçin Quliyevin yanında jurnalistlərə qarşı kobudluq etdi - VİDEO


Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmisi Rövşən Cahangirov “Baku TV”nin əməkdaşlarına hücum edib.


DSX-nin rəisi Elçin Quliyevdən müsahibə almağa çalışan jurnalistlər qurum rəsmisinin kobud müdaxiləsi ilə qarşılaşıblar.

Kadrlardan aydın olduğu kimi, jurnalist Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edən Xidmət rəisi Elçin Quliyevə yaxınlaşmağa cəhd edib. Lakin bu zaman operator DSX sözçüsü Rövşən Cahangirovun hücumuna məruz qalıb.

Məsələ ilə bağlı danışan jurnalist Tural Museyibov bunları deyib:

“Helikopter qəzası ilə bağlı bu gün DSX-nin rəisi Elçin Quliyevdən açıqlama alacaqdıq. Bu anda özünü yetirən mayor Rövşən özünü rəhbər heyətin yanında xüsusi bacarıqlı şəxs kimi göstərərək operatorumuza yumruq atdı və ərazidən çıxarmağa nail oldu. Məsələyə DSX rəisinin müdaxiləsindən sonra operatorumuz geri qayıtdı. Amma artıq gec idi, müsahibə alınmadı”.

Həmin anların videogörüntüsünü təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu