”Elçin Babayevin BDU-dakı işi təqdir edilməlidir” - Nizami Cəfərov
Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev tələbələr üçün yeni, müasir yataqxanaların tikiləcəyini bildirib. Universitetin 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmin edildiyini vurğulayan rektor, müasir səviyyədə yeni tələbə şəhərciyinin salınması layihəsi üzərində də çalışdıqlarını qeyd edib. Elçin Babayev bildirib ki, bu layihə gerçəkləşərsə, o zaman sadəcə BDU tələbləri deyil, yaxınlıqdakı digər universitetlərin tələbələri də həmin yataqxanalardan faydalana biləcəklər.
Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, tələbələrin yataqxana ilə təmin edilməsinin vacibliyinə diqqət çəkib və BDU rektorunun bu sahədəki fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib: “BDU-da təhsil alan tələbələrin yataqxanalara ehtiyacı olduğu məlumdur və universitet rektoru, hörmətli Elçin Babayevin bu istiqamətdə ciddi addımlar atdığı göz önündədir. Buna nümunə olaraq 250 nəfərlik yataqxana binasının əsaslı şəkildə təmin edildiyini göstərmək olar.
Yeni yataqxanaların inşası məsələsi də günəmdədir ki, bunun gerçəkləşdirilməsi Elçin Babayev tərəfindən həyata keçirilən çox böyük fədakarlıq olacaq. Çünki tələbələrin yataqxanalara ehtiyacı həqiqətən də böyükdür.
Mənim tələbəliyim BDU-nun yataqxanasında keçib. Hər dəfə bu yataqxanaların yanından keçəndə öz tələbəliyimi xatırlayıram.
BDU-nun ali təhsil müəssisəsi kimi böyük perspektivə malik olduğu bəllidir. Universitetdə xarici tələbələr də təhsil alır. Bu baxımdan tələbələr üçün yeni, müasir yataqxanaların inşasına ehtiyac var.
Elçin müəllimin bu yöndə müntəzəm şəkildə çalışdığından xəbərdaram. Bu səy, bu zəhmət heç şübhəsiz təqdir edilməlidir. Hamımız arzulayırıq ki, tələblərimiz müasir yataqxanalarla təmin edilsin. Elçin müəllimin bu məsələ ilə bağlı atdığı addımlar kifayət qədər ümidvericidir. Ümid edirəm ki, yaxın gələcəkdə müasir tələbə şəhərciyinin yaradılmasına şahid olacağıq”.