Elman Rüstəmov: “Bankları çox şeydə ittiham etmək olar”


"Hazırda Azərbaycanın bank sektorunda likvidlik normadan 2 dəfə çox – 7 milyard manat civarındadır”.


Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Bununla belə, onun sözlərinə görə, həmin potensial reallaşdırılmır: "Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları çox şeydə ittiham etmək olar, amma onları vəsaitləri əllərində saxlayıb kredit verməməkdə ittiham etmək üçün əsaslı arqument tapmaq çətindir”, - deyə o, qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu