Sabahın hava proqnozu açıqlanıb


Azərbaycanda noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu