Şəmkirdə polis xidməti silahla özünü yaraladı
Şəmkir rayonunda polis əməkdaşı xidməti silahla ehtiyatsız davrandığı üçün özünü vurub.
Şəmkir RPŞ-nin mühafizə polisinin əməkdaşı, serjant Süleyman Əliyev xidməti silahını idarədən götürüb təhkim olunduğu yerə gedərkən silahdan atəş açılıb.
Belə ki, qaydalara görə xidməti silah bel nahiyəyə taxılmalıdır. Bu da serjant Əliyevin hər dəfə avtomobilə minib-düşməyinə maneə olduğu üçün silahı belindən çıxararaq xidməti formanın cibinə qoyub. Bundan sonra silahdan açılan atəşlə sol döş qəfəsindən güllə yarası alıb.
Hazırda xəstəxanaya yerləşdirilən polisin vəziyyəti orta-ağırdır.