Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında müqavilə imzalanıb


Xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min arasında görüş keçirilib.


Bu barədə AFN-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq protokol imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu