Sahibkarlara tətbiq olunan sanksiyalar genişləndirilib


“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində 1-ci dəfə baş verəndə aylıq sabit vergi və məcburi sosial sığorta haqqı məbləğlərinin 40 %-i miqdarında, iki və daha çox dəfə yol verildikdə isə 100 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.


“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, 1-ci dəfə baş verəndə aylıq sabit verginin 40 %-i, iki və daha çox dəfə baş verəndə isə sabit verginin 100 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu