Zaxarova: "Qarabağla bağlı üçtərəfli sazişlərə əməl olunmasını düzgün hesab edirik"
“Moskva hesab edir ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinin işlənməsi üçün ən optimal forma üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın birgə sədrliyi ilə yanvarın 11-də Moskva sammitinin yekunları üzrə yaradılmış Üçtərəfli İşçi Qrupudur".
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova xatırladıb ki, Üçtərəfli İşçi Qrupun 8-ci iclası baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.
“Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ilə bağlı üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün hesab edərdik”, - Zaxarova bildirib.(Report)