“Artıq satmağa bir şeyim qalmayıb” - Yaşar Nurinin qızı/VİDEO


Mərhum Xalq artisti Yaşar Nurinin ailəsi maddi sıxıntı yaşayır.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Günün sədası” verilişində danışılıb. Sənətkarın qızı Ülkər Yaşarqızı artıq bütün əşyalarını satdığını etiraf edib:

“İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım.

Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da”.

Y. Nurinin həyat yoldaşı Rəhimə xanım isə bu ilin sentyabrında sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görməməsindən gileylənib:

“Ayın 2-də (sentyabr ayını nəzərdə tutur-red.) zəng gözləyirdim. Heç yaxın adamlarımdan da zəng almadım. Teatra zəng vurub dedim ki, sabah Yaşarın ad günü olduğunu bilirsiniz? Dedilər ki, Rəhimə xanım bilirdik, sadəcə kollektivi indi yığa bilmirik, ola bilsin, birigün gəldik, qəbri üstdə qeyd edərik, xahiş edirəm, siz də gəlin. Mən nə deyə bilərəm. Amma ayın 3-də qəbri üstdə mən tək idim.

2012-ci ildə bu hadisə başımıza gəldi, onu (Yaşar Nurini-red.) itirdik. 2021-ci ildir. Mən heç bir yerdən zəng, dəstək görmədim. Mədəniyyət qurumları “Şöhrət” ordenli bir sənətkarın ailəsinə zəng edib bayramını təbrik etmir. Bu, nə deməkdir?! Bu qurumlar nə ilə məşğuldur? Bu qədər də saymamazlıq olmaz da”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu